Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Xarici İşlər Nazirliyi Avropa ilə əlaqələrdən danışıb

DÜNYA

499

19.02.2025, 17:12

Rusiya Qərb dövlətləri ilə münasibətləri normallaşdırmaq üçün heç kimin arxasınca qaçmayacaq.

 

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında bildirib.

 

“Biz heç kimin arxasınca qaçmayacağıq. Biz Qərblə, o cümlədən Avropa ilə əlaqələrimizi dondurmaq və ya faktiki olaraq bir çox cəhətdən məhv etmək üçün heç nə etməmişik”, - Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

 

Fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.

 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, danışıqlar “pis getməyib”: Moskva və Vaşinqton ikitərəfli münasibətləri inkişaf etdirmək və bir-birinin maraqlarını nəzərə almaq barədə razılığa gəliblər. O əlavə edib ki, tərəflər Rusiya və ABŞ prezidentləri arasında görüş üçün şərait yaratmağa çalışacaqlar. Bundan əlavə, o qeyd edib ki, vaxtında Rusiya və Amerikanın ayrı-ayrı danışıqlar qrupları Ukrayna ilə bağlı təmaslara başlayacaq.

 

Bundan əvvəl ABŞ Ukrayna üzrə danışıqların raundunda Rusiyanın qalib gəldiyini açıqlamışdı.

 

Azərbaycanda zəlzələ oldu